Qabriel Jezusdan Qvardiolaya: "Oynamaq istəyirəm"

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Qabriel Jezus daha çox oynamaq istədiyini dilə gətirib.

Newsport.az "Metro"ya istinadən xəbər verir ki, braziliyalı hücumçu Serxio Aquero ilə rəqabət aparmağın çətin olduğunu dilə gətirib:

"Mançester Siti"də üçüncü mövsümümdür. Daha çox meydanda olmaq istəyirəm. Əlbəttə, Serxio Aquero ilə rəqabət aparmaq çətindir. O, klubun əfsanəsidir və möhtəşəm işlər görür. Ancaq mən də yaxşı oynayıram. 

Pep Qvardiolanın qərarını anlayışla qəbul edirəm və Aqueroya hörmət edirəm. İnsanlar ehtiyat qaldığımı müzakirə edir, amma pis oyuna görə kənarda qalmamışam və bunu unudurlar. Ötən mövsüm mənim üçün ağır idi. Vacib oyunları qaçırdım".

22 yaşlı forvard bu mövsüm Premyer Liqada 3 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right