FIFA bəyanat yaydı

FIFA 2019-cu ilin ən yaxşı futbolçusunun seçimi səsverməsində saxtakarlıqlar olduğu iddiaları ilə bağlı bəyanat yayıb.

Newsport.az xəbər verir ki, ali futbol qurumu bütün iddiaları yalanlayıb:

“Nominasiyaların hər biri üzrə səsvermə proseduru üçüncü tərəf təşkilatın (PwC) müstəqil nəzarəti altında idi. Səsvermə zamanı FİFA və PwC-nin öncədən müəyyən edilmiş qaydalarına uyğun davranılıb: bütün bülletenlər elektron və yazılı formada göndərilib. Həmin bülletenlər asossasiya nümayəndələri və səsvermə hüququ olan şəxslər tərəfindən imzalanıb. Üstəlik, hər bir sənəddə assosiasiyanın möhürü də yer alıb. FIFA və PwC öz növbəsində müəyyən edilmiş qaydada doldurulmuş və göndərilən bütün bülletenlərin səsvermədə sayıldığını təsdiqləyə bilər. Nəticələrin reallığına şübhə yoxdu. Buna baxmayaraq, hətta səsvermənin nəticəsinə təsir etməyən səhvlər də aşkarlansa, FİFA bunu araşdıracaq və lazım gəlsə, sanksiyalar tətbiq edəcək”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right