Millinin üzvləri sərxoş halda qəzaya düşdülər Foto

İngiltərənin “Derbi Kaunti” klubunun futbolçuları Meyson Bennet, Tom Lourens və Riçard Kionun içində olduğu avtomobil qəzaya uğrayıb.

Newsport.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobilin qabaq oturacaqlarında əyləşən Kio və Lourens polis tərəfindən saxlanılıb. Futbolçuların sərxoş olduğu iddia olunur.

Qəzadan bir müddət əvvəl “Derbi Kaunti”nin digər oyunçusu Tom Haddlstounun sosial şəbəkədə paylaşdığı şəkildə Bennetin içkili olduğu və tualetdə qaytardığı görünür.

“Derbi Kaunti”nin kapitanı olan Riçard Kionun qəza zamanı dizindən ciddi zədə aldığı bildirilir. İrlandiya millisinin də formasını geyinən Kionun karyerasını bitirə biləcəyi iddia olunur.

Qəza zamanı sərxoş olan Tom Lourens Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels yığmasının üzvüdü.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right