"Qarabağ"ın sabiq futbolçusu Super Liqada növbəti qolunu vurdu

Türkiyə Super Liqasında 5-ci turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, 2017/18 mövsümünü icarə əsasında "Qarabağ"da keçirmiş Pedro Enrikenin formasını geyindiyi "Kayserispor" "Dənizlispor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Pedro Enrike komandasının yeganə qolunu vurub. Braziliyalı vinger Super Liqada ilk qolunu "Qalatasaray"a vurmuşdu.

"Kayserispor" 3 xalla 17-ci pillədə qərarlaşıb. 3-cüi yerdə qərarlaşan "Dənizlispor"un 8 xalı var.

"Kayserispor" - "Dənizlispor" - 1:1

Qollar: Pedro Enrike, 13 - Radoslav Muravski, 74

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right