De Xea "Mançester Yunayted"lə yeni müqavilə imzaladı

İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı David de Xea ilə müqaviləni uzadıb.

Newsport.az-ın məlumatına görə, ispaniyalı qapıçı ilə 4 illik müqavilə imzalanıb. "Qırmızı şeytanlar" De Xeanın həftəlik maaşını 290 min funt-sterlinq edib.

28 yaşlı qapıçı 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir. O, 367 oyunun 130-da qapısını toxunulmaz saxlayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah