Emenikenin yeni klubu müəyyənləşdi

Nigeriya millisinin sabiq hücumçusu Emmanuel Emenikenin yeni klubu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, azad agent statusu daşıyan futbolçu karyerasını Belçikada davam etdirəcək. Uzun müddət futbolsuz qalan hücumçu II Liqa təmsilçisi "Vesterlo"ya transfer olub.

Emenike 2018-ci ilin yayında "Olimpiakos"dan ayrıldıqdan sonra klubsuz idi. 32 yaşlı forvard "Karabükspor", "Spartak", "Fənərbağça", "Əl-Əyn", "Ves Hem" kimi klublarda çıxış edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah