Emil Balayevdən daha bir uğurlu oyun

Qazaxıstan çempionatında 26-cı tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Okjetpes"i 1:0 hesabı ilə məğlub edib.

Emil Balayev start heyətdə yer alıb və sonadək mübarizə aparıb. 25 yaşlı qolkiper 519 dəqiqədir ki, qapısından top buraxmır. 

"Tobol" 55 xalla turnir cədvəlinə başçılıq edir. "Kayrat" 53 xalla 2-cidir. İki oyunu ehtiyatda olan "Astana" 50 xalla 3-cü sırada qərarlaşıb.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right