Kamal Mirzəyev Küveyt Premyer Liqasında debüt etdi

Küveyt Premyer Liqasında 2019/2020 mövsümü start götürüb.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" doğma meydanda "Əl-Ərəbi Küveyt"i qəbul edib. Derbi qarşılaşma gərgin mübarizə şəraitində keçib. Meydan sahibləri üç dəfə hesabda irəli çıxsa da, hesabı sonadək qoruya bilməyib və qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar 90+6-cı dəqiqədə VAR-ın qərarından sonra penalti vurmaq imkanı əldə edib və hesabı bərabərləşdirib.

Kamal oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparmaqla çempionatda debüt eləyib. 24 yaşlı dayaq yarımmüdafiəçi ikinci qolun vurulmasında fəal iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right