"Qarabağ"dan "Sumqayıt"a keçdi

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Newsport.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi "Qarabağ"ın qapıçısı Nicat Mehbalıyevi icarəyə götürüb. Mövsümün sonuna qədər "Sumqayıt"ın uğurları üçün çalışacaq gənc futbolçu 12 nömrəli formada çıxış edəcək.

Peşəkar karyerası ərzində yalnız "Qarabağ"da çıxış edən Nicat Mehbalıyev Azərbaycanın U-17, U-19 (6 oyun) və U-21 millilərinə də çağırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right