Tomas Tuxel: "Neymarın üzü yenə gülməyə başladı"

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın ulduz futbolçusu Neymar barədə danışıb.

Newsport.az xəbər verir ki, almaniyalı mütəxəssis 27 yaşlı hücumçunun bu həftə Fransa I Liqasında "Strasburq"la matçda meydana çıxacağını deyib:

"Neymarın üzü yenə gülməyə başladı. Transfer dönəminin bitməsinə sevinirəm, çünki Neymar komandamızda qaldı. O, matça hazırdır və "Strasburq"a qarşı oynayacaq. Artıq hər şey bitdi".

Neymarın yayda "Barselona"ya qayıdacağı gözlənilsə də, danışıqlar uğursuz başa çatmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right