Messi: "Neymarın "Barselona"ya qayıtmasını çox istəyərdim"

"Barselona"nın argentinalı ulduzu Lionel Messi "Sport"a açıqlamasında PSJ-də çıxış edən sabiq komanda yoldaşı Neymarla bağlı danışıb.

Newsport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu braziliyalı futbolçu ilə yenidən birgə çıxış etmək istədiyini deyib:

"Neymarın "Barselona"ya qayıtmasını çox istəyərdim. Düzü, Neymarın geri qayıtması üçün "Barselona"nın hər şeyə cəhd edib-etmədiyini bilmirəm. Həm də PSJ ilə danışıqlar aparmaq da çətindir. Neymar dünyanın ən yaxşı futbolçularından biridir. Neymarla bu günə qədər transfer məsələsi barədə söhbət etməmişəm. Onu almadığımız üçün üzülmədim. Hazırda güclü heyətimiz var. Hər turnirin qalibi ola biləcək səviyyədəyik. Neymar olmasa da..."

Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə 222 milyon avroya transfer olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right