Azarkeş irqçi şüra görə həbs edildi

İngiltərə yığmasının hücumçusu Rahim Sterlinq AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı keçirdikləri oyun zamanı irqçiliklə üzləşib. 

Newsport.az xəbər verir ki, meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatan matçın ilk yarısında qonaq azarkeşlərin yer aldığı sektordan bir nəfər Sterlinqin ünvanına irqçi şüarlar səsləndirib.

Bunu eşidən arenanın stüardları həmin azarkeşi dərhal tribunadan uzaqlaşdırıblar və polisə təqdim ediblər. Britaniya polisi ötən gün bu faktı rəsmən təsdiqləyib. Onlar bolqar fanatı ictimai asayişi pozduğu üçün saxladıqlarını bəyan ediblər. Artıq həmin fanat azadlığa buraxılıb.

Sterlinq bolqarları darmadağın etdikləri qarşılaşmada 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right