Çiçarito "Qarabağ"la oyunda debüt edə bilər

Xavyer Hernandesin  (Çiçarito) yeni klubu "Sevilya"da debütü ləngiyə bilər.

Newsport.az-ın məlumatına görə, meksikalı hücumçu  La Liqanın 4-cü turunda "Alaves" matçda oynamaq istəsə də, baş məşqçisi Xulen Lopeteqi ona şans verməyə bilər.

İspaniya mətbuatı yazıb ki, 31 yaşlı oyunçunun debütünün Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda "Qarabağ"la matçda gerçəkləşməsi mümkündür.

Xatırladaq ki, “Qarabağ” - “Sevilya” görüşü sentyabrın 19-u keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right