“Barselona”nın kapitanı Lionel Messi La Liqanın III tur oyununu da buraxmalı olacaq.
Newsport.az-ın məlumatına görə, argentinalı superulduzun sağalma prosesi gözləniləndən yavaş gedir. Bu səbəbdən həkimlər onun “Valensiya”ya qarşı matçda meydanda olmasına icazə vermirlər.
Qarşılaşma sentyabrın 14-də baş tutacaq.