Stadiona buraxılmayan qadın azarkeş özünə od vuraraq intihar etdi

İranlı xanım azarkeş Səhər Xudayari özünə od vururaq intihar edib.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı xanım azarkeş ilin əvvəlində "İstiqlal"ın oyununa kişi paltarı geyinərək stadiona daxil olmaq istəyərkən nəzarətçilər onu yaxalamışdı.

İranlı qadın barədə cinayət işi başlanmışdı. Məhkəmə prosesinə kimi isə onu sərbəst buraxmışdılar.

Məhkəmə proseslərində hüquqları tapdalanan qadın bezərək özünə od vurub. Dünyanı ədalətsiz adlandıran Xudayari xəstəxanaya yerləşdirilsə də, bir neçə gündən sonra gözlərini əbədi yumub.

Onun 2-6 illik həbs cəzası alacağı gözlənilirdi.

1979-cu ildəki İslam İnqilabından sonra İranda qadınların stadiondan oyun izləməsi qadağandır. İranda idman zallarına qadınlar buraxılmır. FIFA İran hökümətini ədalətli qərara çağırsa da, rədd cavabı alır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right