Robert Prosineçki İrəvanda istefa verdi

AÇ-2020-nin seçmə mərhələsində səfərdə Ermənistana 2:4 hesabı ilə uduzan Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki istefa verib.

Xorvatiyalı mütəxəssis İrəvanda keçirilən matçdan sonra bu barədə açıqlayıb:

"Hər kəslə danışdım, yığmada işimə davam etməməklə bağlı müzakirə apardıq. Bura gələndə Avropa çempionatına yollanacağımızı düşünürdüm. Bunu bacarmadıq. Mən də istefa verib, başqasının şans qazanmasını istəyirəm. Artıq Bosniya və Herseqovinanın çalışdırıcısı deyiləm.

Bu matçda özümüzə bənzəmədik. Ermənistan istəkli oynadı və layiqli qələbə qazandı. Bizi məğlub etməyə layiq idilər. Hər şeyi sınadıq, alınmadı. Artıq qrupda Avropa çempionatına yollanmaq üçün şansımız qalmadı. Yalnız Millətlər Liqasında bunu reallaşdırmaq mümkündür. Yeni baş məşqçinin yığmanı Millətlər Liqasının pley-off oyunlarına hazırlmaq üçün bol vaxtı olacaq".

50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. Prosineçki 2018-ci ildən Bosniya və Herseqovinanı çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right