Zlatko Daliç: "... sabah işimiz çətin olacaq"

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

- Hazırlıq üçün vaxt az oldu. Komanda hazırdımı?
- Sabah ilk növbədə ciddi olmalıyıq. Slovakiyaya qarşı eyni yanaşma və aqressiyanı göstərsək, müsbət nəticə qazanacağıq. Sabah səbrli olmaq lazımdı. Çətin olacaq. Qələbə istəyiriksə, lazım olan performansı göstərməliyik. Azərbaycanın xalsız olması onların zəifliyi anlamına gəlmir.

- Slovakiyaya qarşı yaxşı performansdan sonra eyni konsentrasyanı saxlamaq çətin olmayacaq ki?
- Bəli. Əsas məqam budu. Sabah ciddi olmalıyıq. Futbolçularla çox söhbət etmişik, bu gün və hətta sabah da danışacağıq. Azərbaycan yaxşı komandadı. Oyuna yaxşı başlamalıyıq. Əks halda işimiz çətin olacaq.

- Start heyətini müəyyənləşdirmisiz?
- Son matçla müqayisədə çox dəyişikliyə ehtiyac yoxdu. Ümid edirik ki, məşqləri zədə və problemsiz keçəcəyik. Böyük ehtimalla dəyişiklik ya olmayacaq, ya da çox az olacaq.

- Xorvatoya son 5 ildə iki dəfə 4:0 hesablı qələbədən sonrakı iki görüşün birində heç-heçə edib, birində məğlub olub. Böyük ehtimalla bundan xəbəriniz yoxdu. Ancaq bu statistikanın təsirinin olacağını düşünmürsüz?
- Biz komanda olaraq məqsədimizi bilirik. Hədəf Avropa Çempionatına vəsiqədi. Statistikanı çox da ciddiyə almırıq. 15 xal toplaya bilsək, bu vəsiqə qazanmağa kifayət edəcək. Bütün fikirlər sabahkı oyunla bağlıdı.

- Bəzi aparıcı oyunçuların olmaması taktiki dəyişikliklərə səbəb ola bilərmi?
- Bu sual əvvəl də verilirdi. İtkilər komandaya çox da təsir etmir. Bratislavada da bəzi oyunçularımız yox idi. Sadəcə olaraq, əlimizdə olan heyətlə oyuna köklənməliyik.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah