Domaqoy Vida: "0 xal Azərbaycanın real gücünü göstərmir"

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Xorvatiya yığmasının futbolçusu Domaqoy Vida oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı...

- Azərbaycan millisinə qarşı hazırlıq necə keçdi?
- Çox vaxtımız olmayıb. Dünən bura gəlmişik. Rəqibin son oyununu təhlil etmişik. Son məşqimiz olacaq. Taktiki hazırlıqla bağlı sualları yəqin ki, baş məşqçimiz cavablayacaq.

- Bir neçə il əvvəl Bakıda Azərbaycanla qolsuz heç-heçə etmişdiz. İndi bu rəqibi necə görürsüz?
- Bəli, həmin zaman oynamışdıq. Çətin olmuşdu. Bu tsikl ilk matç da asan keçmədi. 0 xal Azərbaycanın real gücünü göstərmir. Rəqibin yaxşı futbolçuları var. Azərbaycana hörmət edirik. Maksimum güclə oynamalıyıq. Uels və Slovakiyaya qarşı çıxış etdiyimiz kimi oynasaq, yaxşı nəticə qazana bilərik.

- Sabahkı oyunda Azərbaycan millisinin qələbəsi sürpriz olacaq?
- Biz dünya reytinqində ikinciyik. Favoritik və bura qələbə üçün gəlmişik. Ancaq rəqibə hörmət edirik. Əgər Slovakiyaya qarşı oyunu göstərə bilsək, qələbə qazanacağıq.

- Slovakiyaya qarşı dünya çempionatından sonrakı ən yaxşı oyunu keçirdiz. Necə düşünürsüz?
- Bəli, mən bununla razıyam. Özüm də dünya çempoionatında oynamışdım. Ancaq sabah bizi vacib görüş gözləyir. Baş məşqçi bizi hazırlayır ki, keçmişlə yox, gələcəklə yaşayaq.

- Yəqin ki, Azərbaycan millisinin Uelslə oyununu izləmisiz. Komandada hansı futbolçuiları xüsusi qeyd edə bilərsiz?
- Biz bütün oyunu izləməmişik. Sadəcə, bəzi epizodlara baxmışıq. Həmin matçda Azərbaycan millisinin bəxti gətirmədi. Biz ilk növbədə özümüz haqda düşünməliyik. Qələbə üçün daha vacib məqam budu.

- Avropa Çempionatının bir neçə oyunu Bakıda keçiriləcək. Vəsiqə qazansaz, burda oynamaq istəyərsiz?
- Buna çox uzun müddət qalıb. Bakı gözəl şəhərdi. Ancaq biz əvvəlcə sabah qələbə qazanmalıyıq. Daha sonra isə əsas mərhələyə vəsiqə qazanmalıyıq. Həmin vaxt bu barədə düşünə bilərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right