Ronaldodan fantastik göstərici

AVRO-2020-nin seçmə mərhələsinin Serbiya ilə oyununda fərqlənən Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo bununla yığmada 89-cu qolunu vurub.

Newsport.az-ın məlumatına görə, bu göstərici hazırkı heyət üzvlərinin ümumilikdə vurduğu qoldan 3 dəfə çoxdur. "Yuventus"un ulduzundan sonra Portuqaliya seçməsində ən çox qol vuranlar isə Joau Moutinyo (7), Qonsalu Qedeş (6) və Bernardu Silvadır (5). 

Qeyd edək ki, Serbiya - Portuqaliya oyunu qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo 80-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right