İsrafilov "Albasete"də debüt etdi

İspaniya Sequndasında IV turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun bu yay transfer olunduğu "Albasete" səfərdə "Deportivo"nu məğlub edib - 1:0.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana çıxmaqla yeni komandasında debüt edib.

"Albasete" hazırda 6 xalla 22 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right