"Zirə"nin legionerləri Afrikada üz-üzə gəldi

“Zirə”nin iki futbolçusu ölkəsinin milli komandasında üz-üzə gəlib.

Newsport.az-ın məlumatına görə, Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvane DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununda qarşılaşıb. Matç Botsvanada baş tutub. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyiblər – 0:0.

Kqasvane start heyətdə meydana çıxıb və 50-ci dəqiqədə əvəzlənib. O, 45-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Nqalande isə 76-cı dəqiqədə meydana buraxılıb.

Bu komandalar arasındakı cavab oyunu sentyabrın 10-da Malavidə baş tutacaq. Cütün qalibi Afrika zonası üzrə seçmə mərhələnin ikinci raundunda qrupa vəsiqə qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right