Fransada skandal: Albaniyanı Ermənistanla səhv saldılar

AÇ-2020-nin seçmə mərhələsinin H qrupunda qərarlaşan Albaniya millisi Fransanın qonağı olub.

Newsport.az-ın məlumatına görə, oyundan öncə xoşagəlməz hal yaşanıb. "Stad de Frans"da keçirilmiş görüşdən öncə Albaniya yığmasının himni düzgün səsləndirilməyib. Əvvəlcə Andorranın dövlət himni səslənib. Çaşqınlıq içində qalan futbolçular sona qədər gözləyib. Albaniyalı azarkeşlər isə etiraz ediblər.

Stadionun diktoru isə vəziyyəti daha da gərginləşdirən sözlər səsləndirib:

"Yanlış himn səsləndirdiyimiz üçün Ermənistan xalqından üzr istəyirik. Ermənistanın dövlət himni səslənir".

Bu anonsdan sonra tribunalardakı albaniyalı azarkeşlər etiraz etməkdə davam edib.

Albaniya millisinin futbolçuları isə hakimə himnləri səslənməyəcəyi halda, oyuna başlamayacaqlarını deyib.

Ən sonda isə Albaniyanın dövlət himni səsləndirilib. Yeddi dəqiqə gec başlayan oyunda Fransa Albaniyaya 4:1 hesabı ilə qalib gəlib.

 

 

 

 

Kendohet himni i shqiperise on Vidnews.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right