Qvardiola "Barselona"nın hansı futbolçusunu istəməyib?

"Barselona" "Bavariya"ya icarəyə verdiyi futbolçusu Filipp Koutinyonu yay transfer dönəmində "Mançester Siti"yə təklif etdiyi məlum olub.

Newsport.az-ın məlumatına görə, ancaq İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola bu transferə qarşı çıxıb. O, braziliyalı yarımmüdafiəçini komandada görmək istəməyib.

Qeyd edək ki, "Bavariya" Koutinyonu 1 illik icarəyə götürüb. Bunun üçün Münhen klubu 8.5 milyon avro icarə haqqı ödəyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right