"Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq"

Xorvatiya millisinin futbolçusu İvan Perişiç AÇ-2020-nin seçmə mərhələsində Slovakiyanı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, qollardan birinin müəllifi olan cinah oyunçusu sentyabrın 9-u Bakıda Azərbaycan yığmasına qarşı görüşə də toxunub:

"Düşünürəm ki, bu gün Rusiyadakı dünya çempionatındakı hər matçdan daha yaxşı oynadıq. Slovakiya ilə oyun əsas ola bilər. Amma Azərbaycanı məğlub etməsək, bu qələbənin heç bir əhəmiyyəti olmayacaq".

"Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right