Samuel Eto karyerasını başa vurdu

"Barselona" və Kamerun millisinin sabiq hücumçusu Samuel Eto futbolçu karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, 38 yaşlı futbolçu "Instagram" hesabında bu barədə məlumat yayıb.

Eto "Real", "Malyorka", "Barselona", "İnter", "Anji", "Çelsi", "Everton", "Sampdoriya", "Antalyaspor", "Konyaspor" kimi klublarda çıxış edib. Onun son klubu Qətərin "Qətər" komandası olub. Eto Kamerun millisində 118 oyuna 56 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right