Cengiz Ündər Türkiyə millisindən kənar qaldı

AÇ-2020-nin seçmə mərhələsində Andorra və Moldova ilə qarşılaşacaq Türkiyə millisi ciddi itkiylə üzləşib.

Newsport.az saytının məlumatına görə, "ay-ulduz"ların heyətində Cengiz Ünder sıradan çıxıb. "Roma" klubunda çıxış edən 21 yaşlı yarımmüdafiəçi zədələndiyi üçün yığmadan kənarlaşdırılıb.

Türkiyə yığması sentyabrın 7-də "Vodafone Park"da Andorranı qəbul edəcək, üç gün sonra Moldovanın qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right