"Azərbaycana Xorvatiyanın necə komanda olduğunu göstərməliyik"

AÇ-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycan millilərinin qonağı olacaq Xorvatiya yığmasının müdafiəçisi Deyan Lovren "Sportske Novosti"yə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, "Liverpul"un müdafiəçisi iki səfər oyunu öncəsi iddialı danışıb:

"İndi dünya çempionatındakı komanda kimi olmalıyıq. Avropa çempionatında olmaq istəyiriksə, Slovakiya və Azərbaycanda Xorvatiyanın kim və necə komanda olduğunu göstərməliyik. Meydanda hansı futbolçunun oynayacağı mənə maraqlı deyil, ən yaxşı formada olan futbolçu meydana ayaq basacaq. Rusiyadakı dünya çempionatında olduğu kimi hamımız birgə nəfəs almalıyıq".

Xorvatiya sentyabrın altısında Slovakiyanın, üç gün sonra Azərbaycan millisinin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right