"Səbail"in futbolçusu veteranlarla bir arada

"Səbail"in futbolçusu Maykl Essyen FIFA-2020-də əfsanələr sırasında yer alacaq.

Newsport.az-ın məlumatına görə, qanalı yarımmüdafiəçi ilə yanaşı, Zinəddin Zidan, Didye Droqba, Andrea Pirlo, Ronald Kuman, Yan Rayt, Karlos Alberto Torres, Con Barns, Uqo Sançes, Yan Raş, Qarrinça, Kafu, Kenni Dalqliş, Kaka, Tim Keyhill, Pep Qvardiola, Canluka Zambrotta və digər veteranlar da əfsanələr arasında olacaq.

Maykl Essyen ötən mövsümdən "Səbail"də çıxış edir. 36 yaşlı yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda bitir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right