"Beqoviçin "Qarabağ"a keçidinə çox sevinirəm" - Robert Prosineçki

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki yığmanın qapıçısı Asmir Beqoviçin "Qarabağ"a keçidini şərh edib.

Newsport.az-ın məlumatına görə, millimizin sabiq çalışdırıcısı bununla bağlı deyib:

"Beqoviç yeni bir klub tapıb. Eşitdiyimə görə, "Qarabağ"a keçib. Əlbəttə, buna görə çox sevinirəm. Çünki artıq oynamaq vaxtıdır. Milli komandada  olmaq üçün oynamalısan".

Qeyd edək ki, "Qarabağ" Asmir Beqoviçi İngiltərənin “Bornmut” klubundan bu ilin sonuna kimi icarəyə götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right