İlin ən yaxşı baş məşqçisi adına namizədlər

FIFA ilin ən yaxşı baş məşqçisi adına namizədləri açıqlayıb.

Newsport.az-ın məlumatına görə, “The Best” mükafatına namizəd “üçlük”də İngiltərə komandalarına rəhbərlik edən mütəxəssislər yer alıb.

Bunlar Çempionlar Liqasının sonuncu qalibi – “Liverpul”un almaniyalı baş məçqçisi Yurgen Klopp, həlledici matçda 0:2 hesabı ilə uduzan “Tottenhem”in argentinalı çalışdırıcısı Maurisio Poçettino və İngiltərə Premyer Liqasında 1-ci yeri tutan “Mançester Siti”yə rəhbərlik edən ispaniyalı Xosep Qvardioladır.

Qalib sentyabrın 23-də İtaliyanın Milan şəhərində açıqlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right