FIFA ilin ən yaxşıları adına namizədləri açıqladı

FIFA 2019-cu ilin ən yaxşı futbolçusu adına namizəd olan üç futbolçunun adını açıqlayıb.

 

Newsport.az xəbər verir ki, "The Best" mükafatını qazanmağa Lionel Messi (“Barselona”), Kriştiano Ronaldo (“Yuventus”) və Vircil van Dayk (“Liverpul”) namizədddir.

 

Qalib sentyabrın 23-ü İtaliyanın Milan şəhərində açıqlanacaq.

 

Ən yaxşı kişi oyunçu 

Kriştiano Ronaldo (“Yuventus”, Portuqaliya)

Lionel Messi (“Barselona”, Argentina)

Vircil Van Deyk (“Liverpul”, Hollandiya)


Ən yaxşı qadın oyunçu

Lusi Bronz (“Lion”, İngiltərə)

Aleks Morqan (“Lion”, ABŞ)

Meqan Rapinoy (“Reyqn”, ABŞ)


Ən yaxşı kişi məşqçi

Pep Qvardiola (“Mançester Siti, İspaniya)

Yurgen Klopp (“Liverpul”, Almaniya)

Maurisio Poçettino (“Tottenhem”, Argentina)


Ən yaxşı qadın məşqçi

Jill Ellis (ABŞ, ABŞ millisi)

Fil Nevil (İngiltərə, İngiltərə millisi)

Sarina Viqman (Hollandiya, Hollandiya millisi) 


Ən yaxşı kişi qapıçı

Ederson (“Mançester Siti”, Braziliya)

Alisson Bekker (“Liverpul”, Braziliya)

Mark Andre Ter-Ştegen (“Barselona”, Almaniya)


Ən yaxşı qadın qapıçı
Kristeyn Endler  (PSJ, Çili)

Hedviq Lindal (“Volfsburq”, İsveç)

Sari van Venendal (“Atletiko”, Hollandiya) 
 

"Ferens Puşkaş" mükafatı

Lionel Messi (Argentina). "Betis" - "Barselona" oyunu (17 mart 2019)

Xuan Fernando Kintero (Kolumbiya). "River Pleyt" - "Rasinq" oyunu (10 fevral 2019)

Daniel Zori (Macarıstan) - "Debretsen" - "Ferensvaroş" oyunu (16 fevral 2019)





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah