"Brayton"un hücumçusu "Qalatasaray"da

"Qalatasaray" növbəti transferini açıqlayıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərə Premyer Liqa təmsilçisi "Brayton"un hücumçusu Florin Andoneni bir illik icarəyə götürüb. 26 yaşlı forvardın müqavilə şərtləri açıqlanmayıb.

Rumıniya millisinin üzvü 2018-ci ildə "Deportivo"dan "Brayton"a keçmişdi. Andone Premyer Liqa təmsilçisində 30 oyuna 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right