"Fənərbaxça" "Marsel"in futbolçusunu transfer etdi

Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini reallaşdırıb.

Newsport.az-ın məlumatına görə, İstanbul klubu "Marsel"in yarımmüdafiəçisi Luis Qustavonu heyətinə qatıb. Bu barədə Fransa klubunun prezidenti Jak-Henri Eyraud məlumat verib. O, braziliyalı yarımmdüfiəçinin Türkiyəyə müqavilə imzalamaq üçün yollandığını deyib.

"Marsel" Qustavonu 2017-ci ildə "Volfsburq"dan 10 milyon avroya transfer etmişdi. Braziliya millisində 41 oyun keçirmiş 32 yaşlı futbolçu Avropada "Hoffenhaym", "Bayern" (Münhen), "Volfsburq", "Marsel" klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right