Bakayoko "Monako"ya döndü

"Çelsi" yarımmüdafiəçisi Temue Bakayokonu icarəyə verib.

Newsport.az-ın məlumatına görə, London klubu fransalı yarımmüdafiəçini "Monako"ya bir illik icarəyə verib. "Knyazlıq klubu" Bakayokonu 42,5 milyon avroya transfer etmək hüququna malikdir.

25 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Milan"da çıxış edib.

"Çelsi" Fransa yığmasının üzvünü 2017-ci ildə "Monako"dan 45 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right