"Atalanta"dan Martin Şkrtellə bağlı gözlənilməz qərar

21 gün əvvəl İtaliyanın "Atalanta" klubu ilə müqavilə imzalayan slovakiyalı müdafiəçi Martin Şkrtel komandadan ayrılıb.

Newsport.az-ın məlumatına görə, Berqamo təmsilçisi 34 yaşlı futbolçunun müqaviləsini qarşılıqlı razılaşma ilə ləğv edib. Təcrübəli futbolçunun fiziki cəhətdən hazırlığı məşqçilər korpusunu qane etmədiyi üçün belə addım atılıb.

"Atalanta" "Fənərbaxça" ilə müqaviləsi bitən futbolçu ilə 1 illik müqavilə imzalamışdı. Şkrtel yeni klubunda debüt etməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right