Nicat Qurbanov Gürcüstanda üçüncü qoluna imza atdı

Gürcüstan I Divizionunda 24-cü turun oyunları baş tutub.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Nicat Qurbanovun çıxış etdiyi "Samtredia" klubu evdə "Kolxeti"ni 3:0 hesabı ilə üstələyib.

Nicat oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. 27 yaşlı yarımmüdafiəçi 45+1-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb. Bu, Nicatın çempionatda beşinci oyunda üçüncü qolu olub. Qurbanov iki məhsular ötürmə də verib.

"Samtredia" 24 turdan sonra 50 xalla 2-cidir. Turnir cədvəlində 58 xalla Tbilisinin "Merani" klubu başçılıq edir.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right