"Beşiktaş" "Arsenal"ın futbolçusunu icarəyə götürdü

Türkiyənin "Beşiktaş" klubu "Arsenal"ın yarımmüdafiəçisi Məhəmməd Əl-Nennini icarəyə götürüb.

Newsport.az-ın məlumatına görə, Misir millisinin üzvü ilə bir mövsümlük müqavilə imzalanıb. İstanbul təmsilçisi 18 milyon avro təzminat ödəyib, futbolçunu transfer edə bilər. 27 yaşlı oyunçu illik 2,5 milyon avro maaş alacaq.

"Arsenal" Məhəmməd Əl-Nennini 2016-cı ildə "Bazel"dən 12,5 milyon avroya transfer etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right