"Beşiktaş" klub televiziyasını bağladı

Türkiyənin "Beşiktaş" klubu televiziya kanalını bağlayıb.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi sosial şəbəkələrdə və "Youtube" kanalında daha aktiv şəkildə işləməyi üstün tutub.

Dünyada 1990-cı illərdən etibarən bir çox klubların kanalları TV ekranlarına gəldi. 1997-ci ildə İngiltərə, daha sonra isə İspaniya, İtaliya klublarının kanalları oldu.

Artıq klubların TV kanalına böyük maraq qalmayıb. Sosial şəbəkələrdə və "YouTube" kanalında hər şeyə rast gəlmək mümkündür. Bu səbəbdən də klub kanalları sıradan çıxıb. Videolar "YouTube"a, səhifələrə yerləşdirilir və izləyicilər üçün bu, daha əlverilşlidir. Buna görə də klub televiziyası həm də artıq xərc kimi görünür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right