Ramil Şeydayevin baş məşqçisi narazılıq etdi: "Mənə hücumçu lazımdır!"

Rusiya Premyer Liqasının səkkizinci turunda "Dinamo" Samarada "Krılya Sovetov"la 0:0 hesablı heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra Moskva klubunun baş məşqçisi Dmitri Xoxlov hücumu transferi istədiyini bildirib:

"Son zərbələrimiz yetərli deyil. Transfer pəncərəsi hələ açıqdır. Bizə hücumçu lazımdır və gözləyirik. Görək, bir nəfər hücumçu ala biləcək?"

Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir. 22 yaşlı forvard bu mövsüm beş oyuna bir assist edib. Ramil son iki oyunda meydana çıxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right