"Milan" Laksaltı icarəyə verdi

"Milan" ötən yay "Cenoa"dan 14 milyon avroya transfer etdiyi Dieqo Laksaltı icarəyə verib.

Newsport.az-ın məlumatına görə, Uruqvay millisinin üzvü bir mövsüm "Torino"da çıxış edəcək. Turin klubu bu keçid üçün 500 min avrosundan keçib. "Torino" 11,5 milyon avro ödəyib, 26 yaşlı sol cinah müdafiəçisini birdəfəlik ala bilər. Futbolçunun illik maaşı 1,7 milyon avro olacaq.

Laksalt "Milan"da 20 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right