PSJ-nin sabiq hücumçusu "Fənərbaxça"da

"Fənərbaxça" heyətini yeni hücumçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, İstanbul klubu "Başakşəhər"dən ayrılan Mevlud Erdinci transfer edib. Bu gün tibbi müayinədən keçən 32 yaşlı forvardla 2 illik müqavilə imzalanacaq. Rəsmi açıqlamanın yaxın saatlarda veriləcəyi gözlənilir.

Qeyd edək ki, türkiyəli hücumçu daha əvvəl PSJ, "Sent-Etyen" və "Hannover" kimi klubların da formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right