Kasilyas səsvermə keçirdi, azarkeşlər "Ronaldo" dedilər

16 il "Real"ın şərəfini qorumuş əfsanəvi qapıçı İker Kasilyas sosial şəbəkə hesabında maraqlı sorğu keçirib.

Newsport.az-ın məlumatına görə, 2015-ci ildə Madrid klubundan "Portu"ya transfer edilən 37 yaşlı qolkiper keçmiş klubunun hansı futbolçu ilə güclənməli olduğuna dair izləyiciləri arasında səsvermə keçirib.

İspaniya millisinin keçmiş üzvü izləyicilərinə "Ronaldo, Neymar, yoxsa Pol Poqba?" sualı ilə müraciət edib.

Sorğuda iştirak edən azarkeşlərin 64 faizi Kriştianonun geri qaytarılmasını istəyib. Respondentlərdən 22 faiz Poqbaya, 14 faiz isə Neymara üstünlük verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right