"Srvena Zvezda" azarkeşləri stadionun qarşısına tank gətirdilər

"Srvena Zvezda" azarkeşləri maraqlı addımla diqqət çəkib.

Newsport.az-ın məlumatına görə, Serbiya klubunun fanatları Çempionlar Liqasında "Yanq Boyz"la ev oyunu üçün stadionun kənarına tank gtiriblər. Bunda məqsəd matçdan öncə komandanı motivasiya etmək olub. Klubun azarkeş saytından simvol kimi istifadə edilən tankla bağlı "Maşın işləməyə başladı", - deyə qeyd edilib.

Sözügedən tankın 90-cı illərdə Yuqoslaviya daxilində baş verən müharibələrdə istifadə edildiyi məlum olub.

Səfərdəki ilk oyunda İsveçrə klubu ilə 2:2 hesablı heç-heçə edən "Srvena Zvezda" ev matçında 1:1 oynayaraq, mərhələ keçib.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right