Adebayor Türkiyə klubu ilə müqavilə imzalamağa gəldi

Türkiyənin "Başakşəhər" klubundan ayrılan Emmanuel Adebayor karyerasını Super Liqanın digər təmsilçisi "Kayserispor"da davam etdirəcək.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı hücumçu müqavilə bağlamaq üçün Kayseriyə gəlib. Təcrübəli forvard bu gün rəsmi müqavilə bağlayacaq.

2017-ci ildən "Başakşəhər"də oynayan Adebayor Türkiyə Super Liqasında 60 oyuna 24 qol vurub, 6 assist edib. Toqo millisinin üzvü "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right