Eltun Turabov Super Liqada debüt elədi

Albaniya Super Liqasında 2019/2020 mövsümü start götürüb.

Newsport.az-ın məlumatına görə, ilk turda azərbaycanlı futbolçu Eltun Turabovun çıxış etdiyi "Biliş" səfərdə "Teuta" ilə üz-üzə gəlib. Oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.

"Biliş"in start heyətində meydana çıxan Turabov Super Liqada debüt edib. 22 yaşlı müdafiəçi 60-cı dəqiqədə əvəzlənib.

Albaniya klubu Turabovu yayda "Sabah"dan icarəyə götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right