Renat Dadaşov Portuqaliya Premyer Liqasında ilk oyununa çıxdı

Portuqaliya Premyer Liqasında üçüncü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Pasuş de Ferreyra" klubu səfərdə "Boavişta" ilə 1:1 hesablı heç-heçə edib.

Renat bu görüşdə debüt imkanı qazanıb. Start heyətdə oyuna başlayan 20 yaşlı forvard 80-ci dəqiqədə əvəzlənib.

"Pasuş de Ferreyra" üç turdan sonra bir xal toplayıb və sonuncu - 18-ci sırada qərarlaşıb.

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right