"Linfild"in oyunu "Qarabağ"a görə təxirə salındı

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Linfild"in Şimali İrlandiya Premyer Liqasının 4-cü turdakı oyunu təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, Belfast təmsilçisi "Qarabağ"la cavab görüşünə daha hazırlıqlı çıxmaq üçün federasiyaya müraciət edib və müsbət cavab alıb.

"Mavilər" bu gün "Uerronpoynt Taun"u qəbul etməli idi.

"Linfild" "Vindsor Park"da reallaşan ilk görüşdə "Qarabağ"a 3:2 hesabı ilə qalib gəlib.

Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right