Kuarejma "Beşiktaş"dan gedir

"Beşiktaş"ın yarımmüdafiəçisi Rikardo Kuarejma klub prezidenti Fikrət Ormanın onun komandada görmək istəmədiyini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, portuqaliyalı futboçu "Instagram" hesabında bu barədə məlumat yayıb:

"Klub prezidentinin məni klubda görmək istəmədiyi barədə xəbərdar edildim. Problemi həll etmək üçün çalışıram. Gələn günlərdə gələcəyimlə bağlı mətbuat konfransı təşkil edəcəm. Anlayışınız və dəstəyiniz üçün təşəkkür edirəm".

35 yaşlı futbolçu iki fərqli zamanda "Beşiktaş"da 7 mövsüm keçirib. O, 226 oyuna 38 qol vurub, 78 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right