Adebayor Super Liqa klubuna keçir

Türkiyənin "Başakşəhər" klubundan ayrılan Emmanuel Adebyor karyerasını Super Liqanın digər təmsilçisi "Kayserispor"da davam etdirməyə yaxındır.

Newsport.az saytının məlumatına görə, "Anadolu Ajansı"na açıqlama verən klub prezidenti Erol Bedir toqolu forvardla böyük ölçüdə anlaşdıqlarını bildirib. 35 yaşlı hücumçunun yaxın günlərdə Türkiyəyə gəlib, müqavilə bağlayacağı gözlənilir.

2017-ci ildən "Başakşəhər"də oynayan Adebayor Türkiyə Super Liqasında 60 oyuna 24 qol vurub, 6 assist edib. Təcrübəli futbolçu "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right