"Fənərbaxça" hücumçusunu Almaniya klubuna icarəyə verdi

"Fənərbaxça" hücumçusu Mixael Frayı icarəyə verib.

Newsport.az-ın məlumatına görə, 25 yaşlı forvard Almaniyanın "Nürnberq" klubu ilə müqavilə imzalayıb. II Bundesliqa təmsilçisi isveçrəli futbolçunu satın alma şərti ilə icarəyə götürüb.

Fray ötən mövsüm "Sürix"dən "Fənərbaxça"ya keçib. Hücumçu İstanbul klubunda 14 oyuna 3 qol vurub.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah